• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” BakuTel sərgisində “Cloud” korporativ xidmətini təqdim etdi

“Nar” BakuTel sərgisində “Cloud” korporativ xidmətini təqdim etdi
29.05.2020 11:18
Mobil rabitə bazarında ilk dəfə olaraq məlumatların bir mərkəzdə təhlükəsiz cəmləşməsinə imkan verən "Cloud”  ximdətini təqdim edildi
 
"Nar” BakuTel-2015 21-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator  hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini – innovativ məlumat bazası olan "Cloud” xidməti və 4G (LTE) yüksək sürətli internet bağlantısını təqdim etdi. Qeyd etmək lazımdır ki, "Nar” mobil operatorunun təqdim etdiyi 4G (LTE) və 3G (HSDP+) şəbəkəsindən daha da genişi ölkədə mövcud deyil.
 
 "Cloud” Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "Nar” tərəfindən təqdim olunan təmamilə yeni bir məhsuldur. "Cloud” xidməti bütün məlumatların bir mərkəzdə cəmləşməsinə imkan verən, məlumatın təhlükəsizliyini təmin edən və sistemin davamlı mükəmməlləşməsinə şərait yaradan bir yenilikdir. Bu innovativ məlumat bazasına müxtəlif cihaz və yerlərdən qoşulmaq mümkündür. Məlumat bazasına daxil olan bütün mənbə və ya qurğular eyni fayl üzərində əməliyyat aparırlar.
 
BakuTel sərgisi çərçivəsində "Nar” mobil operatorunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə növbəti görüşü də baş tutdu. Mətbuat nümayəndələrini son nailiyyətləri ilə yaxından tanış edən "Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili "Nar” mobil operatorunun 2015-ci il ərzində keçdiyi inkişaf yolundan danışdı.
 
"Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən "Nar” cəmi 2 il ərzində şəbəkənin həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 min nəfəri keçmişdir. Qarşıdan gələn il ərzində "Nar” LTE şəbəkəsini 1000 baza stansiyasınadək genişləndirməyi və dünyada ən sürətli naqilsiz internet bağlantısı sayılan LTE Advanced (LTE-A) texnologiyasının tətbiqini planlaşdırır. Digər bir yeniliyimiz isə Azərbaycan rabitə bazarında ilk dəfə olaraq "Nar” mobil operatorunun təqdim etdiyi "Cloud” xidmətidir. Bu xidmət sayəsində davamlı və kəsintisiz işləmə fürsəti qazanmaq, bütün prosesləri nəzarətdə saxlamaq və informasiya texnologiyalarına sərf edilən vəsaitə qənaət etmək mümkün olacaqdır”, - deyə  "Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qeyd etdi.
 
Qeyd edək ki, "Cloud” xidməti elektron poçt, ofis proqramları, datanın təhlükəsiz saxlanması xidmətlərini təmin edir və məlumatın birgə istifadəsinə imkan yaradır. 
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol