• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Bayramov: Manat möhkəmlənir

Vüqar Bayramov: Manat möhkəmlənir
04.12.2015 11:33
Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsinin neqativ 0,2%-dən neqativ 0,3%-ə endirdi. 

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

"Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Sözügedən bankın gözlənilməz qərarı valyuta bazarını, sözün həqiqi mənasında, silkələdi. Belə ki, 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu cəmi bir gündə avronun 3% bahalaşması deməkdir.

Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən "güc” verəcək.

Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq”, - deyə iqtisadçı qeyd edib. 
 
Onun sözlərinə görə, son bir ayda manat dollar qarşısında ilk dəfə olaraq hiss edilən faizlə möhkəmlənib:

"Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən fazilə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol