• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “ağıllı avtomobil”i nümayiş etdirir

Bakcell “ağıllı avtomobil”i nümayiş etdirir
04.12.2015 19:28
Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan "ağıllı avtomobil”i nümayiş etdirir. Bakcell stendinin ziyarətçiləri "Ulduzum” proqramı vasitəsilə taksi xidməti üçün 20% endirim qazanır
 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan "ağıllı avtomobil”i "Bakutel 2015” sərgisində nümayiş etdirir.
 
Bakcell stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son Tesla avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.  
 
189 Taksi xidməti "Bakcell”in ən böyük korporativ müştərilərindən biri və "Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq "Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
 
Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində "Bakcell”in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
 
"Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. "Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında "Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.
 
Bakcell şirkəti "Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol