• $
  • €
  • ₽
  • ₺
  • £

Şimal-Cənub dəhlizi Azərbaycana 60 milyon dollar gəlir gətirəcək

Şimal-Cənub dəhlizi Azərbaycana 60 milyon dollar gəlir gətirəcək
08.12.2015 16:26
Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin bu gün imzaladığı Sərəncama münasibət bildirib.

Trend xəbər verir ki, Millət vəkili rəsmi facebook səhifəsində imzalanmış "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayacağını yazır:

"”Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi həm də bir çox yan sektorların inkişafına səbəb olacaq. ”Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ildə 60 milyon dollardan çox gəlir potensialı var.

Son günlər beynəlxalq tranzit daşımalarında Azərbaycanın əldə edə biləcəyi gəlirlər açıqlandıqca, ölkənin iqtisadi-coğrafi mövqeyinin nə dərəcədə əlverişli olması və bundan istifadənin vacibliyi bir daha qabarmağa başladı. Bunlardan yalnız birinə diqqət yetirsək: Şimal-Cənub nəqliyyat dəhlizi!
2005-ci ildə Azərbaycan "”Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə qoşulub. "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Xəritəyə fikir versək, hazırda cənub-şərqi Asiyadan yüklər avropaya "göy” xətt ilə daşınır. Təklif olunuan Şimal-Cənub dəhlizi isə "qırmızı” xətlə göstərilib. Şimal-Cənub dəhlizi vasitəsilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatıdırılacaqdır.
Təkcə İran və Rusiya arasındakı ticarət dövriyyəsinə baxsaq (1.7 mlrd dollar) Şimal-Cənub dəhlizinin istifadəyə verilməsi 2 ölkə arasındakı yük mübadiləsinin mövcud marşrutunun 1000 km ə qədər qısa, 50%-ə isə ucuz edir. Yəni hər 2 ölkənin uduşu göz qabağındadır.
Bəs Azərbaycanın uduşu? İlkin hesablamalara görə bu dəhliz vasitəsilə yalnız Rusiya və İran arasında yüklərin daşınması Azərbaycan büdcəsinə 60 milyon dollar qədər vəsait cəlb edə bilər, yeni iş yerlərinin açılmasını təmin edərək,dolayı yolla Azərbaycan iqtisadiyyatına yeni stimul verə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol