• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bakının bir neçə nöqtəsində sürüşmə prosesi artır

Nazirlik: Bakının bir neçə nöqtəsində sürüşmə prosesi artır
14.12.2015 15:18
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Suraxanı rayonunun Zığ, Abşeron rayonunun Masazır qəsəbəsində, Bakı-Ağsu magistral avtomobil yolunda, Bakı-Şamaxı yolunun 106, 109 və 111-cı kilometrliklərində, Ələt-Astara yolunda, Şamaxı rayonunun Muğanlı ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparır.
 
Bunu "Report"a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda baş verən sürüşmə ərazisində monitorinq aparmaq mümkün deyil: "Çünki qeyd olunan ərazidə texnika işləyir, bərkitmə işləri aparılır. Hazırda ərazidə olan sürüşmə sahəsində sabitlik yaranıb".

Geoloqun sözlərinə görə, Azərbaycan ərazisində yerləşən sürüşmə sahələrində bu gün üçün qrupla, irimiqyaslı aktivləşmə müşahidə olunmur və il ərzində belə hal qeydə alınmayıb: "Azərbaycanda yeni sürüşmə ocaqları yoxdur. Səbail rayonu ərazisində - Bayıl və Badamdar sürüşmə sahələrində isə bərpa işləri aparılır deyə sabitləşmə müşahidə olunur".

Ələmdar Piriyev sürüşmələrin müxtəlif səbəblərdən yarandığını bildirib. O qeyd edib ki, sürüşmə sahələrinin bəziləri texnogen proseslərlə, antropegen amillərin təsiri ilə əmələ gəlir: "Antropogen amillər dedikdə, yəni insanların fəaliyyəti nəticəsində əmələ gələn, çirkab, kanalizasiya sularının buraxılması, suvarma işlərinin aparılması nəzərdə tutulur. Belə ərazilərdə atmosfer çöküntüləri nəticəsində fəalaşma daha da artır. Masazır qəsəbəsində baş verən sürüşməni buna misal göstərmək olar. Sürüşmələrin digər qismi isə tektonik proseslər, atmosfer çöküntülərinin intensivləşməsi nəticəsində baş verir".

Mütəxəssis, həmçinin qeyd edib ki, Bakı ətrafinda Zığ, Günəşli, Bayıl, Badamdar, 9-cu mikrorayon ərazisində olan yamaclarda antropogen müdaxilə nəticəsində sürüşmə prosesi artır və genişlənir: "Həmin ərazilərdə ağaclar, kolluqlar, yaşıllıqlar salınması daha məqsədəuyğundur. Amma təəssüf ki, qeyd olunan ərazilərə çirkab və kanalizasiya suları axıdılır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol