• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb
18.12.2015 22:44
Bu il ölkədə yaşayış evlərinin tikintisinə 914 mln. manat sərf olunub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 228,0 mln. manat həcmində vəsait yönəldilib. "Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunda illik müqayisədə 41,53% artım müşahidə olunub.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 5 524,2 mln. manatı (88,7%-i) Birləşmiş Krallıq, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Malayziya və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,2%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,5%-i əsaslı təmir, 7%-i cari təmir, 17,3%-i isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlərin, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol