• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank manatın ipini neftin başına bağladı - EKSPERT

Mərkəzi Bank manatın ipini neftin başına bağladı - EKSPERT
21.12.2015 15:59

Bütövlükdə Azərbaycanın, indiki prizmadan manatın taleyi birbaşa xarici ticarət əməliyyatlarından asılıdır. Artıq manatın Mərkəzi Bankın əlindəki ipi də bugündən bütünlüklə idxal-ixracın başına keçirilib. Bu ilin 10 ayında ixracımız 9 milyard 765 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 milyard dollar azalma deməkdir. İxracımızın 7 milyard 589 milyon dollarını (80%-ə yaxın) xam neft, 645 milyon dollarını neft məhsulları təşkil edir.

Bu ilin 10 ayında idxalımız 7 milyard 440 milyon dollar olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım (1.08%) qeydə alınıb. İdxalın strukturunda isə yeyinti məhsulları (ət, süd, yağ, buğda, şəkər və sair) maşın, mexanizm, elektrik avadanlıqları, qara metallar və maşın və onun hissələrindən sonra 4-cü yerdə qərarlaşıb.

Bu hesabla ərzağın bahalaşması qaçılmazdır. İlkin dövrdə (bir neçə həftə) bahalaşmanın qarşısının alınması üçün inzibati rıçaqların işə salınması gözlənilsə də, qiymətlərin artmasının qaşısını almaq mümkün olmaycaq. Ona görə də ilk növbədə, əhalinin nisbətən aztəminatlı,sosail müdafiəsi zəif olan təbəqəsinin inflaysiyanın mümkün təsirlərindən qorunması üçün tədbirlər həyata keçirilməsi vacibdir.

Azərbaycanda real iqtisadiyyatın zəif olması, ixracın strukturunun birrəngliyi hazırkı şəraitdə manatın taleyini xüsusilə bir güclü faktordan – neftin qiymətindən asılı vəziyyətə salıb. Bu, neft gəlirlərinin ölkəmizə daxil olmasının bütün dövrlərində müşahidə olunub. Manatı qoruyan həmişə neft olub. Artıq bu qoruyucu mələk öz funksiyalarını yerinə yetirə bilmədiyindən manat sürətlə dəyərsizləşir. Manat digər faktorlardan da təsirlənir, ancaq onlar o qədər də həlledici deyil. Ona görə də yaxın perspektivdə neftin qiymətinin qalxması gözlənilmədiyindən manatın dəyər qazanması mümkün deyil. Mərkəzi Bank və digər mərkəzi dövlət orqanları səbəblə yox, nəticə ilə mübarizə apardıqlarından prosesin arxasınca sürünməyə məhkumdurlar və nəyisə dəyişmək gücündə deyillər. Qızıl qiymətində vaxt itirilib. Təcili bütün sahələr üzrə kompleks tədbirləri nəzərdə tutan islahatlar proqramı hazırlanmalı və həyata keçirilməlidir. Əks halda neft bizi hara aparsa, biz də arxasınca düşüb ora gedəcəyik. Gedəcəyimiz yer isə uçurumdur.

İqtisadçı ekspert, Qalib Toğrul

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol