• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət gömrük və vergi sahəsində daha yumşaldıcı tədbirlər görməlidir – BƏYANAT

Hökumət gömrük və vergi sahəsində daha yumşaldıcı tədbirlər görməlidir – BƏYANAT
21.12.2015 16:10

Manatın üzən məzənnəyə keçməsi ilə bağlı "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi bəyanat yayıb.
 
Bəyanatda deyilir:
 
Dünya bazarlarında neftin qiymətinin son il yadım ərzində üç dəfədən çox aşağı düşməsi və bu prosesin cari ilin oktyabr ayının əvvəlindən başlayaraq daha da sürətlə getməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə milli valyutaların dəyərdən düşməsi prosesini də sürətləndirdi. Cari il ərzində neftin qiymətlərinin bir barel üçün 50-60 dollar həddində dəyişməsi,  bu qiymətlərdə ciddi dəyişikliklərin baş verməyəcəyini vəd etsə də sentyabr ayının son günlərində dünya siyasi müstəvisində baş verən münaqişələrin daha ciddi xarakter alması nəticə etibarı ilə situasiyanı tamamilə dəyişdi. Bir sözlə, bu proses Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra daha da sürətləndi və nəticə etibarı ilə son iki ay yarım ərzində neftin dünya bazarlarındaki qiymətləri 30%-ə qədər ucuzlaşdı.  İranın neft ixracına qoyulmuş embarqonun aradan qaldırılması, OPEK-in bu son dövrlərdə neft hasilatının vəziyyətinə nəzarət etmək  məqsədilə bu hasilatın azaldılmasına yönəlmiş toplantılarının nəticəsiz qalması, ABŞ-ın neftin ixracına qoyduğu  qadağanı götürməsi və ABŞ Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 0,25% artırması, bu sıradan olan əsas məsələlərdir. İqtisadiyyatı neftlə bağlı olan qonşu Rusiya və Qazaxstan artıq öz milli valyutalarını üzən məzənnəyə keçiriblər.
 
Üzən məzənnəyə keçdikdən sonra Rus rubulu öz dəyərinin 125%-ni, Qazaxstan təngəsi isə 85%-ni itirib. Mətbuat səhifələrində bu mövzudakı çıxışlarımızda dünya bazarında neftin bir barrelinin qiymətinin 50-55 dollar civarında olduğu halda Azərbaycanda kəskin devalvasiyanın baş verməyəcəyinə dair fiikirlər səsləndirmişdik.  Lakin son günlər neftin qiymətinin 36 dollar səviyyəsinə qədər uçuzlaçması, manatın taleyi ilə bağlı gözləntilərin müəyyən qədər dəyişməsinə gətirib çıxardı və biz yaranmış şəraitdə Azərbaycan manatının məzənnəsinin uzun müddət inzibati yolla eyni  səviyyədə saxlanılmasını real hesab etmədik.  Mövcud reallıqlara əsaslanaraq mətbuatdakı çıxışlarımızda Mərkəzi Bankın mili valyutamızı üzən məzənnəyə hazırlamalı olduğunu dedik, cəmiyyəti bütün situasiyalara hazır olmağa çığırdıq. Hesab etdik ki, zamanı çatanda Mərkəzi Bank üzən məzənnəyə keçidlə bağlı qərar verəcək.  Vəziyyəti hamıdan daha yaxşı təhlil etmək imkanları olan Mərkəzi Bank və onun rəhbərliyi bu addımı atmağın vaxtının məhz bu gün çatdığını bəyan etdi. Bu zəruri bir addım idi və yaranmış vəziyyətdə onun alternativi yox idi.
 
Hesab edirik ki, yaranmış vəziyyətin vətəndaşlarımız üçün az ağrılı olması üçün Hökumət və Mərkəzi Bank tərəfindən bir sıra addımların atılması zəruridir. Hökumət gömrük və vergi sahəsində yumşaldıcı tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Mərkəzi Bank isə dollarla kredit öhdəliyi olan vətəndaşların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə banklara xüsusi tövsiyyələr paketı hazırlayıb göndərməli və onların icrasını ciddi nəzarətdə saxlamalıdır.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol