• $
  • €
  • ₽
  • ₺
  • £

“Kütləvi çıxarış” kampaniyası Astarada

“Kütləvi çıxarış” kampaniyası Astarada
21.12.2015 17:25
Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi sosial tədbirlərindən biri olan "Kütləvi çıxarış” kampaniyasını regionlarda davam etdirir.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən ANN.Az-a verilən məlumata görə, növbəti dəfə 21 dekabr 2015-ci il tarixində Astara rayonunda yaşayan vətəndaşlar "bir pəncərə” prinsipi əsasında kampaniyadan faydalana bilib. Sosial kampaniyada ümumilikdə 100-ə yaxın rayon sakini iştirak edib. Belə ki, vətəndaşlara onların mülkiyyətinə dair çıxarışlar birbaşa ünvanlarda komitənin bu kampaniyanı həyata keçirmək üçün ayrılmış nəqliyyat vasitələrində verilib.
 
 
Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan "Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər, qəsəbə və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına aparır. Vətəndaş mülkiyyət hüququnun təmin olunması ilə bağlı hər hansı sənədləşdirmə üçün ərazi idarəsinə getməli olmur və bunun üçün vaxt sərf etmir. Bütün bu əməliyyatları Əmlak Məsələləri Dövlət Komitəsinin "Kütləvi çıxarış” kampaniyası çərçivəsində həll etmək daha çevik və rahatdır. Belə kampaniyalar vaxta qənaət etməyə, əlverişli şəraitdə hüquqi hərəkətləri həyata keçirməyə, əlavə idarələrə getməməyə şərait yaradıb. Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir. Bu cür imkanların yaradılmasında məqsəd xidmətlərdə vətəndaş amilinin önə çəkilməsi, sosial məmnunluğun yüksəldilməsi və hüquqi cəhətdən etibarlı mülkiyyət sahiblərinin sayının artırılmasıdır.

Xatırladaq ki, kampaniya çərçivəsində pay torpaqları, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.

"Kütləvi çıxarış” kampaniyası artıq intensivləşib, hər ay bir neçə dəfə olaraq həm Bakı, həm regionlarda keçirilir. Artıq paytaxtın Səbail, Sabunçu və Xətai rayon sakinləri kampaniyadan faydalanıb. Qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdiriləcək.

Qeyd edək ki, indiyədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edə bilib.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol