• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranda İran- Azərbaycan biznes forumu keçirildi - Fotolar

Tehranda İran- Azərbaycan biznes forumu keçirildi - Fotolar
22.12.2015 15:49
Dekabrın 21-də Tehranda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə İran - Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən ANN.Az-a verilən məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 350-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir. Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının təmsil olunduğunu diqqətə çatdırıb. Yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Tehranda keçirilən biznes forumun iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. İran yüklərinin Azərbaycan üzərindən digər ölkələrə daşınması üçün ölkəmizin geniş tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində işin aparıldığını qeyd edib. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacaqdır.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd etmiş, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşmüş, İran regionları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb.
 
Tədbirdə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mohsen Calalpur iş adamları arasında əlaqələrin genişləndirilməsinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin müdir müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə və burada iş adamları üçün yaradılmış əlverişli imkanlara, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və İranın "Abad Rahan Pars İnternational” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu  imzalanıb.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu gün Təbriz şəhərində növbəti İran-Azərbaycan biznes forumu keçiriləcəkdir.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol