• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik vergi borcunu ödəməyən bəzi müğənniləri cərimələdi

Nazirlik vergi borcunu ödəməyən bəzi müğənniləri cərimələdi
22.12.2015 18:44
Vergilər Nazirliyi bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələyib. APA-nın məlumatına görə, nazirliyə dəvət olunan müğənnilərdən ilin sonundək vergi borclarını ödəmək tələb edilib.
 
Məsələ ilə bağlı APA-da danışan əməkdar artist Ədalət Şükürov bildirib ki, 20 gün əvvəl nazirliyə çağırılıb: "Mənimlə bağlı heç bir problem aşkarlanmadı. Bir nəfər işçimlə bağlı xırda məsələ var idi, onu həll etdik. Mən hər rübün axırında dövlətin vergisini verirəm, illik hesabatlarımı təqdim edirəm. Həyat yoldaşım iqtisadçıdır, ona görə, bu sahədə mənim heç bir çətinliyim olmayıb ki, indi əziyyətini çəkim. Amma elə müğənnilər var ki, onların 30 min və daha artıq borcu var. Ola bilər, həmin borclara görə, müğənnilərə xaricə çıxış imkanı məhdudlaşdırılsın”.
 
Ə. Şükürov əlavə edib ki, məsələnin bu yerə gəlib çıxmasında təkcə müğənnilər günahkar deyil: "Şübhəsiz ki, müğənnilər vergi ödəməlidirlər. Amma bu məsələdə aidiyyəti şəxslər maarifləndirici tədbirlər görsəydilər, problem bu qədər böyük olmazdı”.
 
Müğənni Manaf Ağayevə də vergi borcu ilə bağlı bildiriş gəlib. M. Ağayev APA-ya bildirib ki, bir neçə gün əvvəl borcunu ödəyib: "Vergi borcu ilə bağlı mənə bildiriş gəlmişdi, aparıb borcumu ödədim. Məbləği demək istəmirəm. Əsas odur, indi borcum yoxdur. Başqa müğənnilərə də bu cür vergi borcları gəlib. Kimin nə qədər borcu var, onu deyə bilmərəm". 
 
Əməkdar artist Baloğlan Əşrəfov da vergini vaxtında ödəyən sənətçilərin sırasındadır. Əməkdar artistin sözlərinə görə, o, hər rübün axırı vergi borcunu ödəyir: "Mənim heç bir vergi borcum yoxdur. Vaxtı-vaxtında ödəyirəm, ona görə heç bir narahatlığım yoxdur”.
 
Müğənni Almaz Ələsgərlini 3000 manat cərimələyiblər: "Borcum var, hələ ödəməmişəm. İlin axırına qədər ödəyəcəyəm”.
 
Xalq artisti Gülyaz Məmmədova və müğənni Vasif Məhərrəmli məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol