“Google” mesaj mübadiləsinə imkan verən proqram hazırlayır

"The Wall Street Journal” nəşri yazır ki, ABŞ-ın "Google” korporasiyası məlumat mübadiləsi üçün yeni proqram hazırlayır.
İnternet nəhənginin planına görə, yeni tətbiqdə sual vermək və internetdə tapılmış informasiya əsasında sualı cavablandırmaq üçün xüsusi funksiya əlçatan olacaq.
Bununla belə, proqramın əsas təyinatı mətn mesajlarının göndərilməsi və qəbulu olacaq.
"ICTnews” elektron xəbər xidməti "itar-tass.com” resursuna istinadən xəbər verir ki, "Google”un yeni xidmətini təqdim edəcəyi tarix məlum deyil.
Məlumat üçün bildirək ki, dünyada təqribən 2 milyard insan mətn mesajlarının göndərilməsi proqramlarından istifadə edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























