Azərbaycanda neft daşıyan qatarda yanğın

Yanğının səbəbləri araşdırılır.
Şəmkir dəmiryol stansiyasının ərazisində bu gecə saat 02:00 radələrində yanğın hadisəsi baş verib.
Kəpəz TV-nin verdiyi məlumata görə, Bakıdan Gürcüstana gedən neftlə dolu yük qatarının vaqonlarından biri anidən yanmağa başlayıb.
Əraziyə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 36 vaqondan ibarət qatarın 15-ci vaqonunda başlayan alovun digər vaqonlara və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























