• $
  • €
  • ₽
  • ₺
  • £

Beş və bir ulduzlu mehmanxanalar üçün əsas meyarlar açıqlandı

Beş və bir ulduzlu mehmanxanalar üçün əsas meyarlar açıqlandı
28.12.2015 14:56
Beş ulduzlu obyektlərdə hər yerdə eksklüziv, lüks aksessuarlar, nəfis, yüksək keyfiyyətli və zərif materiallarla müşayiət olunan xüsusi dizayn, qüsursuz vəziyyətdə olan elektron avadanlıqlar olmalıdır.
 
APA-nın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi AZS 745-2015 "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” dövlət standartında əksini tapıb.
 
Bu mehmanxanalarda beynəlxalq dəbdəbəli mehmanxana standartlarında təklif olunan arxitektura, qurğular, vasitələr, ətraf mühit və xidmətlərin mövcudluğu vacibdir. Bu kateqoriya üzrə əsas meyarlar aşağıdakılardır:
 
- 16 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması
- Oturacaqları və sərinləşdirici içki xidməti təklif edən lobbi, mehmanxana barı
- Səhər yeməyi bufeti və/ya otaq nömrəsi əsasında verilən səhər yeməyi kartı
- Kiçik bar və/ya 16 saat otağa sərinləşdirici içki xidməti
- Yumşaq kreslo/ yan masalı divan
- Tələbə görə hamam xələti və tərlik
- Kosmetik məhsullar (hamam papağı, dırnaq törpüsü, pambıq tampon), əl güzgüsü, hamam otağında böyük sini və isidici vasitələr.
- Mehmanxanada minimum 2 lüks nömrənin olması
- 24 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması, müxtəlif dillərdə danışan heyət;
- Parklama xidməti
- Qapıçı, qarşılayan şəxs
- Çox saylı oturacaqları və sərinləşdirici içkilər təklif edən geniş qəbul otağı
- Hər bir qonağın xüsusi olaraq güllərlə və/ya otaq daxilində hədiyyə ilə qarşılanması
- 24 saat otaqda kiçik bar və qidalanma eləcədə sərinləşdirici içkilər təklif edən xidmət
- Flakonlarda fərdi baxım məhsulları
- Otaqda internet şəbəkəsinin mövcudluğu
- Otaqda seyfin olması
- Ütüləmə xidməti (1 saata geri qaytarmaqla), ayaqqabı təmizləmə xidməti
- Axşam yataq hazırlığı/işıqların söndürülməsi xidməti
 
Dövlət standartına əsasən bir ulduzlu obyektlərdə isə sadə aksessuarlar, otaqda bir gecəlik qalmaq üçün nəzərdə tutulan lazımi ənənəvi vasitələr çox təmiz və qüsursuz vəziyyətdə olmalıdır. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:
 
-   Bütün otaqlarda duş/tualet və ya vanna/tualetin olması
-  Nömrənin gündəlik təmizlənməsi
-  Bütün otaqlarda məsafədən idarəolunan televizorun olması
-   1 Masa və 1 stulun olması
- Əl-üz yuyanın eləcə də, əl-üz yuyanın üzərində müvafiq işıqlandırmanın, yanında isə sabunun olması
- Otaqlarda dəsmalın olması
- Qeyd-qəbul bölməsində ayrıca ərazinin mövcud olması
- Mehmanxanada qonaqlar üçün telefonun olması
- Geniş çeşidli səhər yeməyinin olması
- Mehmanxanada sərinləşdirici içkilərin təklif edilməsi
- Şəxsi əşyaların saxlanılması imkanları (qeyd-qəbul və ya digər mehmanxana bölməsində) mümkünlüyü.
 
Dövlət standartı dekabrın 24-dən qüvvəyə minib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol