• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-dan daha bir İLK: Onlayn Xidmətlərimiz indi Elektron Hökumət Portalında!

Bank of Baku-dan daha bir İLK: Onlayn Xidmətlərimiz indi Elektron Hökumət Portalında!
29.12.2015 10:14
Bank of Baku, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə qurduğu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın bank sektorunda ilk dəfə elektron arayış xidmətinin tətbiqini həyata keçirmiş və bununla da, müştərilərin daha rahat şəkildə bank xidmətlərindən faydalanmasına imkan yaratmışdır. Məhsuldar əməkdaşlığın davamı olaraq Bank of Baku özəl sektorda daha bir ilkə imza atır, belə ki, müştərilər indi bankın onlayn xidmətlərindən Elektron Hökumət portalında da istifadə etmək imkanı əldə edirlər.

Bununla da, müştərilərin bank xidmətlərindən istifadəsinin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılan bu mühüm addımla, bütün dövlət qurumlarının xidmətlərini özündə birləşdirən Elektron Hökumət portalı çərçivəsində ilk özəl xidmət təqdim edən qurum məhz Bank of Baku oldu.

Portal istifadəçiləri və bankın müştəriləri Elektron Hökumətin rəsmi internet ünvanında https://www.e-gov.az/ yenicə istifadəyə verilmiş bank xidmətləri bölümünü seçməklə Bank of Baku-nun təqdim etdiyi debet kartlar siyahısından istəklərinə uyğun məhsulu sifariş edə bilərlər. Kartların sifarişini həm portaldan qeydiyyatdan keçməklə, həm də birbaşa olaraq tələb olunan məlumatı müvafiq pəncərələrə daxil etməklə rəsmiləşdirmək olar. Portaldan qeydiyyatdan keçən şəxslərin sifarişinin həyata keçirilməsi üçün isə sadəcə kartla bağlı tələb olunan məlumatı daxil etmələri kifayətdir.

Müştərilərin bankın bütün onlayn xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə yaxın günlərdə bölmənin tamamilə yenilənərək bütün mümkün xidmətləri, həmçinin kredit və Bolkart kredit kart sifarişlərinin, müxtəlif növ ödəniş imkanlarının, internet bankçılıq və digər xidmətlərin əlavə olunması nəzərdə tutulub.

Xidmətdən faydalanmaq istəyən şəxslər bu linkə daxil olmaqla sifarişlərini həyata keçirə bilərlər.

Qeyd edək ki, "Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradan mükəmməl bir portaldır.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol