Türkiyə Azərbaycana uçuşları müvəqqəti təxirə saldı

Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsində eyr alıb.
"Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir. Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb”, - deyə məlumatda deyilib.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























