• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir

Bakcell abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir
30.12.2015 12:28
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xalq Bank ilə birlikdə "Daha çox köçür, daha çox qazan!” adlı yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.

Bu kampaniyanın məqsədi Xalq Bankın potensial müştəriləri tərəfindən həyata keçirilən pul köçürmə əməliyyatlarını həvəsləndirməkdir.

Kampaniya 10 dekabr 2015-ci ildən başlanacaqdır. Kampaniyanın davam etdiyi müddətdə Xalq Bankın filiallarında fəaliyyət göstərən Western Union, Contact, Privat Money, LİDER, UPT, Blizko, Monex pul köçürmə sistemlərindən istifadə edən müştərilərə Bakcell mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcəkdir.

Xalq Bankın filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə Bakcell abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.

Xalq Bankın filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən və ya alan Bakcell abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.

500 AZN-dən 1000 AZN-ə qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 AZN-dən yuxarıdırsa, abunəçiyə Bakcell şirkətindən 30 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Bu kampaniya çərçivəsində, Monex pul köçürmə sistemi vasitəsilə 101 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 AZN-dən 1000 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə Bakcell şirkətindən 10 dəqiqə, 1001 AZN-dən yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir. Daha ətraflı məlumat üçün http://ulduzum.az/partner/XalqBank səhifəsinə daxil olmağınız və ya 138 nömrəsinə zəng vurmağınız xahiş olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol