"ASAN xidmət” bayram günlərində işləməyəcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31 dekabr – 4 yanvar tarixlərində qeyri-iş günü olacaq. "ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, 5 yanvar tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























