• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov devalvasiyanın əmək bazarına təsirindən danışıb

Səlim Müslümov devalvasiyanın əmək bazarına təsirindən danışıb
06.01.2016 14:06
"Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq.

Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq”.
 
"APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
 
S. Müslümovun sözlərinə görə, iş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru nazirliyin diqqətində saxlanılır.
 
"Belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur. Bunu həyata keçirmək üçün həm Təhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir. Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. İş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər. Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər”, - deyə nazir qeyd edib.
 
S. Müslümov əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir. "Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. İşsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq. Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər”, - deyə nazir qeyd edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol