• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank: Aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır

Mərkəzi Bank: Aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır
07.01.2016 18:10
Son zamanlar Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank fəaliyyətini tənzimləyən hüquqi-normativ bazaya edilən dəyişikliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq şərhlər dərc edilir.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

"Bununla əlaqədar olaraq, AMB bildirir ki, daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edilib. "Bank kapitalının və onun adekvatlığının hesablanması” və "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması"  Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcəkdir.
 
Bundan başqa, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə, aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.

Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur.

Mərkəzi Bank, situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaqdır", - deyə açıqlamada bildirilir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol