"Azərenerji" ASC-nin reytinqi azaldıla bilər

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli kredit reytinqini "BBB-", qısamüddətli korporativ reytinqini "A-3" , proqnozunu isə "neqativ" təsdiq edib.
"Report" xəbər verir ki, Agentlik buna səbəb kimi "Azərenerji"nin borclarının 81%-nin valyuta riskinə məruz qalması ilə əlaqələndirib.
"S&P" həmçinin "Azərenerji" ASC-nin müstəqil kredit profilini "b"-dən "ccc+"-a endirib və buna səbəb leverec əmsalının önəmli dərəcədə artması, kapitalın qeyri-dayanıqlı strukturu olub.
Bununla yanaşı, "Azərenerji"nin kredit müşahidəsinin neqativ olduğu bildirilib və qeyd olunub ki, dövlətin fövqəladə yardımlarına ehtiyac yaranacağı təqdirdə, şirkətin reytinqi azaldıla bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























