• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın beynəlxalq tədbirlərə xərclədiyi vəsait açıqlandı

Azərbaycanın beynəlxalq tədbirlərə xərclədiyi vəsait açıqlandı
12.01.2016 13:47

Son illərin ənənəsinə uyğun olaraq 2015-ci ildə ölkəmiz bir çox mötəbər beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

"Təkcə yola saldığımız ilin yox, müasir tariximizin ən əlamətdar idman hadisələrindən biri ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olub. Ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, respublikamızın mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi, qlobal siyasi, iqtisadi, humanitar problemlərin müzakirə olunduğu məkan kimi rolunu və əhəmiyyətini təsdiqləməkdədir.

Ölkəmizdə və xaricdə keçirilən digər beynəlxalq tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsindən 21,5 milyon manat, o cümlədən Bakı şəhərində beynəlxalq əhəmiyyət kəsb edən Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının, 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının, şahmat üzrə Dünya Kubokunun keçirilməsinə, "Milan EXPO-2015” Beynəlxalq Sərgisində ölkəmizin iştirakına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO) ilə əməkdaşlıq çərçivəsində fəaliyyətin həyata keçirilməsinə və bu kimi digər tədbirlərin maliyyələşdirilməsinə vəsait ayrılıb”, - deyə Samir Şərifov qeyd edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol