BakuBus-ın yeni avtobus deposu istifadəyə veriləcək

Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuBus" MMC-nin yeni avtobus deposu istifadəyə veriləcək.
"Report"un xəbərinə görə, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda "SOCAR-CNG” MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. BakuBus-ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.
İlk STQ - qaz doldurma kompressor stansiyası "BakuBus” MMC-yə məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan şirkətin istifadəsindəki avtobusları yanacaq ilə təmin edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























