Xam neftin qiyməti son 13 ilin minimumuna enib

Dünya bazarında neftin qiyməti 30 dollardan aşağı düşüb.
"Report" xəbər verir ki, bu gün saat 13:00-a olan məlumata görə, ABŞ-ın WTI markalı xam neftinin qiyməti 29,60 dollar/barelə düşüb.
Məlumata görə, London birjasında satışa çıxarılan "Brent" markalı xam neft isə 29,74 dollar/barelə qədər ucuzlaşıb.
Qeyd edə ki, WTI markalı xam neft sonuncu dəfə 2003-cü ilin dekabrında 29,66 dollar/barelə satılıb. "Brent" markalı xam neft isə 2004-cü ilin fevralında 28,44 dollar/barelə satılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























