Azərbaycanda biznes mühitinin yaxşılaşmasına dair təkliflər hazırlanır

Təkliflət toplusunu hazırlayan AmCham tezliklə sənədi ölkə rəhbərliyinə təqdim edəcək
Amerika Ticarət Palatası (AmCham) tezliklə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayaraq ölkə rəhbərliyinə təqdim edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AmCham-ın icraçı direktoru Günel Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, AmCham ölkə hökumətinə yeni təkliflər hazırlayır: "Biz bir neçə ay əvvəl ölkədə qeyri-neft ixracının stimullaşdırlması ilə bağlı tədbir keçirmişdik və orada biznes strukturlarının təkliflərini öyrənmişdik".
"Bundan başqa, mart ayına kimi AmCham iki ildən bir hazırladığı ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər toplusunu ölkə rəhbərliyinə təqdim edəcəyik. Burada bütün biznes sahələrinə aid təkliflər olacaq. Əvvəlki illərdə verdiyimiz təkliflərin böyük bir hissəsi qəbul olunub. İnanırıq ki, bu il də elə olacaq", - deyə Palata rəhbəri vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























