Neft Fondu bu gün banklara daha 194 mln. dollar satıb

Hərraca çıxarılan vəsaitin 97%-i satılıb
'Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) hərracları vasitəsi ilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) daha 200 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxarıb.
ARDNF-dən "Report"a verilən məlumata görə, nəticədə, Fond tərəfindən hərraca çıxarılan vəsaitdən 193,896 mln. dollar (təxminən 97%) məbləğində vəsait 28 banka satılıb.
"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























