• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda səhm bazarı kəskin azalıb

Azərbaycanda səhm bazarı kəskin azalıb
18.01.2016 20:03
Bununla yanaşı, daxili bazarda xarici valyutada korporativ istiqrazlara maraq artıb

Azərbaycanın maliyyə sektorunda likvidliyin daralması investorları vəsaitlərini daha likvid kağızlara yönləndirməyə sövq edib, investisiyaların səhm qiymətli kağızlarından daha likvid milli, eləcə də xarici valyutada nominasiya edilmiş korporativ istiqrazlara axınını təmin edib.
"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci il ərzində korporativ istiqrazlar bazarında bağlanan əqdlərin sayı əvvəlki illə müqayisədə 39%, həcmi isə 2% artaraq 3,5 mlrd. manat təşkil edib.

Korporativ istiqrazların ilkin bazarı 2014-cü illə müqayisədə 25% azalaraq 1,6 mlrd. manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarətinin 47% artaraq 1,9 mlrd. manata yüksəlməsi bütövlükdə korporativ istiqrazlar bazarının müsbət artım dinamikasını təmin edib.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarında əqdlərin həcmi 4,2 mlrd. manata çatıb. Korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu alətlərlə təkrar bazar əməliyyatları 59% artaraq 2,3 mlrd. manat təşkil edib.
Səhm bazarının aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələb artımının müddətinin bitməsi bazarın səhm seqmentinin əvvəlki illə müqayisədə azalmasına səbəb olub. Belə ki, dövr ərzində səhmlərin yerləşdirilməsinin 76% geriləməsi bütövlükdə səhm bazarında əməliyyatların həcminin 49% azalaraq 656,9 mln. manat təşkil etməsi ilə nəticələnib.

Korporativ qiymətli kağızlar sektorunda müşahidə olunan geriləmə qiymətli kağızlar bazarında əqdlərin həcminin əvvəlki illə müqayisədə 21% azalaraq 10,5 mlrd. manat təşkil etməsi ilə nəticələnib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol