Çin iqtisadiyyatı 25 ilin ən aşağı nəticəsini göstərdi

Çinin Milli Statistika Bürosu 2015-ci ilin iqtisadi artımı ilə bağlı informasiya dərc edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Çin iqtisadiyyatı 6,9% artım göstərib. Bu son 25 ilin ən aşağı göstəricisi sayılır. Hökumətin proqnozalrı isə həmin dövrdə 7,3% artımı hədəfləmişdi. Statistikanın açıqlanmasından sonra Çin birjalarında kiçik artım müşahidə olunub. Baş nazir Li Ketsyan isə ölkə iqtisadiyyatının artım templərinin azalmasına baxmayaraq, bunun hökumət üçün qənaətbəxş ssenari olduğunu deyib.
Bu xəbərlər fonunda Brent markalı neft də 0,4% bahalaşaraq 28,85 dollara çatıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























