• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank: Əmanətçilərin əmanətləri tam məbləğdə sığortalanacaq

Mərkəzi Bank: Əmanətçilərin əmanətləri tam məbləğdə sığortalanacaq
19.01.2016 11:57
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq Komitələrinin birgə iclası keçirilib.
 
"APA-Economics"in məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, iclasın keçirilməsində məqsəd Milli Məclisin bu gün keçiriləcək növbədənkənar sessiyasında gündəliyə daxil olan 7 məsələnin müzakirə olunmasıdır.
 
Z. Səmədzadə bildirib ki, dünyada baş verən qlobal problemin şiddətlənməsinə baxmayaraq Azərbaycan dinamikliyini, iqtisadi sabitliyini qoruyub saxlayır. Bundan başqa, o bildirib ki, prezident İlham Əliyevin də dünən nazirlərlə görüşündə qeyd etdiyi kimi sosial proqramların icrasında heç bir problem olmayacaq, davam etdiriləcək. Dünyada baş verən ağır qlobal proseslərə baxmayaraq, Azərbaycan inkişaf üçün əlavə inkişaf imkanları tapmalıdır. Bunun üçün ilk növbədə real sektora qeyri-neft sektorunun inkişafına diqqət yetirilməlidir.
 
Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib ki, qlobal iqtisadi böhran şəraitində ölkədə yeni şəraitə uyğun yeni sistem, yeni strategiya və siyasət formalaşdırılmalıdır. Bu siyasətin əsas konturları prezident İlham Əliyevin 2015-ci ilin sosial inkişafına dair iclasında və dünən keçirilən iclasda çıxışında öz əksini tapıb. E. Rüstəmov qeyd edib ki, bütövlükdə iqtisadi strategiyası bir neçə əsas məsələlərin üzərində formalaşır. O, bildirib ki, dünyada baş verən qlobal iqtisadi proseslər Azərbaycana təsir edir. Bunun üçün qlobal iqtisadi şokları neytrallaşdırmaq lazımıdır. E. Neftin qiymətinin aşağı düşməsi səbəbindən bu iqtisadi şokları nəzərə almamaq mümkün deyil. Buna görə də, qarşıda duran əsas məsələ iqtisadi sabitliyin tam qorunmasına nail olmaqdır.
 
İkinci məsələ, yeni iqtisadi artım modellərinin yaradılması ilə bağlı təkliflər paketi irəli sürülüb. Üçüncü isə, neft iqtisadiyyatından yeni bir iqtisadiyyata, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi yəni liberal iqtisadiyyata keçid təmin olunmalıdır. "Əmanətlərin tam sığortalanması haqqında" və "Valyuta tənzimi haqqında" qanunlara toxunan E. Rüstəmov qeyd edib ki, bütövlükdə MDB məkanında heç bir ölkədə belə bir qanun qəbul edilməyib: "Bu qanunların məqsədi stabilliyi qorumaq, islahatların aparılması və inkişafa əsaslanıb".
 
E. Rüstəmov bildirib ki, bank sektoru bütövlükdə sabitdir: "Bu ağır iqtisadi şəraitdə 1-2 bank çox zəiflik nümayişlik elətdirib. Onların ödəmə qabiliyyətində problem oldu. Amma bank sektorunda vəziyyət bütövlükdə sabitdir. Bu gün bank sektorunda kifayət qədər likvidlik var. Azərbaycanın bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 14%-dir. Düzdür, problemlər var, hər şeyi çəhrayı rəngdə təqdim etmək fikrində deyilik. Bu qanunlar imkan verir ki, iqtisadi sabitlik vəziyyəti daha da qorunsun".
 
E. Rüstəmov "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd bütün əmanətlərin qorunmasını nəzərdə tutur: "Bu qanunda manatla əmanətlərə böyük üstünlük verir. Təbii ki, indi də manat və dollarla əmanətlərə banklar faiz tətbiq edirlər. Yeni faiz dərəcəsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası yeni qərarı olacaq. Əsas məsələ burada manata etimadın qorunması məsələsidir. Əmanətlərin tam sığortalanması haqında qanun layihəsi yeni qanun layihəsidir. Bu imkan verəcək ki, 6 milyondan çox əmanətçinin əmanətləri tam məbləğdə sığortalansın. Bu dövlət tərəfindən böyük bir qarantiyadır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol