• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir yerli və xarici investisiyaların cəlbi ilə bağlı görüləcək işləri açıqladı

Nazir yerli və xarici investisiyaların cəlbi ilə bağlı görüləcək işləri açıqladı
19.01.2016 14:18
"Dünyadakı iqtisadi proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi ölkənin gəlirlərini və investisiyanın həcmini, o cümlədən iqtisadi subyektlərin aktivliyini azaldıb".
 
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
 
Ş. Mustafayev bildirib ki, investisiyaların təşviqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb: "Bu fərman yerli və xarici investisiyanın stimullaşdırılmasına gətirib çıxaracaq. İnvestisiyaların təşviqi ilə bağlı yeni tədbirlər paketi hazırlanıb. Bu tədbirlər paketində investisiyanın təşviqi üçün müəyyən güzəştlərin tətbiq edilməsi təqdim olunur. Əvvəllər fərdi qaydada müəyyən güzəştlər tətbiq edilirdisə, yeni tədbirlər planına əsasən investisiya layihələrinə 3 meyar əsasında - investisiyanın həcmi, fəaliyyət sahəsi və Azərbaycanın bölgəsi üzrə meyarlar nəzərə alınmaqla güzəştlər tətbiq olunacaq. Birinci güzəşt ondan ibarətdir ki, yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bundan başqa, tədbirlər planında 7 il ərzində regionlar üzrə investisiya layihələrinin əmlak vergisindən tam, mənfəət vergisindən isə 50% azad olunması nəzərdə tutulur. Regionlarda konkret fəaliyyət sahələrinin təşviq edilməsi ilə investisiyanın həcmini müəyyən edə biləcəyik. Bundan başqa, tədbirlər planında qeyri-neft sektorunun inkişafı ilə bağlı da bir sıra məsələlər öz əksini tapıb. Qeyri-neft sektorunun stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalaşma mexanizmi hazırlanacaq. Əlavə olaraq, tədbirlər planında Azərbaycana məxsus milli brendlərin yaradılması da nəzərdə tutulur. Milli brendlərin yaradılmasında dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bir sözlə, ölkənin qeyri-neft sektorunun stimullaşdırılmasını nəzərdə tutan kompleks tədbirlər həyata keçiriləcək. Bu tədbirlərlə əlaqədar Gömrük Məcəlləsinə dəyişikliklərlə bağlı tərəfimizdən iki məsələ qaldırıb. Bu, ilk növbədə investisiyanın təşviqinə imkan verəcək. Məsələ ondan ibarətdir ki, bu məsələlər yerli istehsalın stimullaşdırılması üçün idxal olunan avadanlıqların və sənaye parklarında rezident kimi qeydiyyatdan keçən sahibkarların gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. Bu dəyişikliklərin qəbul olunması sahibkarların xərclərinin azalmasına yerli və xarici investisiyanın cəlb olunmasına, o cümlədən həcminin artmasına gətirib çıxaracaq". 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol