• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bütün qorunan əmanətlər 3 il müddətinə tam sığortalanır

Azərbaycanda bütün qorunan əmanətlər 3 il müddətinə tam sığortalanır
19.01.2016 15:14
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi qəbul edilib.
 
"APA-Economics”in məlumatına görə, sənəd barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunması, bank sisteminin dayanıqlığının təmin edilməsi, əmanətçilərin  bak sisteminə etimadını gücləndirməkdir.
 
Qanuna əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən faizləri əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 8.1.20 maddəsinə uyğun olaraq, əmanətlərin sığortalanması Fondunun Himayəçilər Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətini həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır. Qanun qüvvəyə mindiyi günə, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziyaya, razılığa malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək üçün əmanət müqavilələrini bu qanuna uyğun olaraq yenidən rəsmiləşdirməlidirlər. Bu halda müddəti qurtarmadan yeni faiz şərtləri ilə rəsmiləşdirilən müddətli əmanətlər üzrə faizlər rəsmiləşdirmə gününə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq tam məbləğdə hesablanıb ödənilir.
 
Daha sonra layihə səsə qoyularaq qəbul edilib.
 
Bu qanun 2016-cı ilin fevralın 1-dən qüvvəyə minəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol