• $
  • €
  • ₽
  • ₺
  • £

"​Moody's": SOCAR-ın qərarı şirkətin likvidliyinə müsbət təsir edəcək

"​Moody's": SOCAR-ın qərarı şirkətin likvidliyinə müsbət təsir edəcək
21.01.2016 11:25
 "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanvarın 18-də açıqladığı və müddəti 2017-ci il fevral ayında sona çatacağı planlaşdırılan istiqrazların geri alınması qərarını şirkətin likvidlik mövqeyi baxımından müsbət qiymətləndirib. 

"Report"un "Moody's"ə istinadən verdiyi xəbərə görə, SOCAR-ın açıqladığı 500 mln. dollar məbləğində 5,45% illik dərəcə ilə 2017-ci ilin fevralında müddəti bitən istiqrazları geri alması təklifi şirkətin kredit reytinqinə heç bir mənfi təsiri yoxdur. Əksinə, bu qərar SOCAR-ın 2017-ci il üçün olan və hazırda 946 mln. dollar təşkil edən borc geri ödəmələrinin azaldılması baxımından müsbət qərardır. 

Agentlik həmçinin qeyd edib ki, istiqraz sahiblərinin istiqrazları müddətindən əvvəl satmamaq kimi hüququ da var. Əgər istiqraz sahibləri məbləğin tam həcmində istiqrazları qaytarmaq qərarına gəlsələr belə, bu, SOCAR-ın ümumi borcunun 30 iyun 2015-ci il tarixinə sadəcə 6%-ə bərabər olacaq. Qeyd edək ki, SOCAR, istiqrazların nominal qiymətinin 102%-i qədər ödəmə təklif edib və təklifin son qüvvədə olma tarixi 26 yanvar, həyata keçirilmə tarixi isə 29 yanvardır.

Agentlik həmçinin qeyd edib ki, SOCAR, 30 iyun 2015-ci il tarixinə 2,7 mlrd. dollar nağd vəsaitlə möhkəm likvidliyə sahibdir ki, bunun da 89%-ni xarici valyutada vəsaitlər təşkil edib. Həmin tarixə SOCAR-ın borcu 8,2 mlrd. dollar təşkil edib ki, bunun da 91%-i xarici valyutadadır. Agentlik bildirib ki, SOCAR-ın qısamüddətli likvidlik mövqeyi onun borclarını təmamilə örtür.

Qeyd edək ki, "Moody's" SOCAR-ın kredit reytinqini "Ba1", reytinq üzrə proqnozu isə "stabil" səviyyəsində təsdiq edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol