• $
  • €
  • ₽
  • ₺
  • £

BP rəhbəri: Neftin qiyməti artacaq

BP rəhbəri: Neftin qiyməti artacaq
21.01.2016 11:46
BP rəhbəri ikinci yarımildə Amerika və Çində tələbatın artması, ABŞ-da hasilatın dayandırılması, tədarükün azalması ilə əlaqədar neftin qiymətlərinin artmasını proqnoz verir.

Oxu.Az xəbər verir ki, Bob Dadli neftin qiymətinin son 12 ildə minimal həddə qədər ucuzlaşmasını nəzərə alaraq 2016-cı ilin birinci yarımilində neftin qiymətlərinin ucuzlaşmasının davam edəcəyini bildirib.

Onun bəyanatına görə, neftin qiymətləri bəzi analitiklərin proqnoz verdikləri kimi bir barel üçün 10 dollara qədər ucuzlaşa bilər.

"Neftin qiymətləri son ildə aşağı səviyyədə qalıb, hesab edirəm ki, bu, ucuz qiymətlər hələ uzun müddət qalacaq, amma həmişəlik olmayacaq”, - o bəyan edib.

"Birinci və ikinci rübdə biz real dəyişikliyin şahidi olacağıq.

Daha sonra aprel və yaxud da mayda avtomobil səfərlərinin yay mövsümündə ehtiyatlar azaldıqda Çin və Şimali Amerikada tələbat artacaq... və ikinci yarımildə neftin qiymətləri yüksəlməyə doğru dəyişəcək”.

Onun sözlərinə görə, ilin ortasında neftin qiyməti sabit olmayacaq, 30-40 dollar arasında dəyişəcək, ilin sonunda isə 50 dollar və daha çox olacaq.  

Dadli Beynəlxalq energetika agentliyinin neft marketinin təkliflə zəngin olacağına dair xəbərdarlığına baxmayaraq öz fikrini bildirib.

Onun sözlərinə görə, neftin qiymətləri bir neçə ay ərzində bir barel üçün 20 dollara qədər ucuzlaşa bilər, ilin sonunda isə bahalaşmaya baxmayaraq çətin ki, bir barel üçün 100 dollara qədər artsın.

"Tələbat artır, benzinə olan tələbat Şimali Amerikada, Çində, Hindistanda artır, bu isə tələb və təklif arasında sabitlik yaradacaq”, - Dadli bəyan edib.

Dadli qeyd edib ki, əvvəldən elan edilmiş iş yerlərinin çoxunun azalması mümkündür.

Şirkətin İrana investisiya yatırmaqda marağı barədə müxbirin sualına o, şirkətin baş verənləri diqqətlə müşahidə etdiyini bildirib və ABŞ-ın sanksiya tətbiq edəcəyinə də işarə edib.

"Biz bu məsələdə ehtiyatlı olmalıyıq. İndi neft-qaz marketi investisiya planında hiper rəqabətqabiliyyətlidir, İran və Meksika var.

Biz seçimimizi dəqiq təhlil etməliyik. Mən düşünmürəm ki, kimsə İrana bunun İran olduğu üçün sərmayə yatırsın. Düşünürəm ki, bu kiçik kapitalımızın istifadəsi üçün iqtisadi əsaslanmış qərar olmalıdır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol