Azərbaycan tütün idxalı və ixracını azaldıb

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycana 297 608,16 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilə nisbətən 101 786,03 min dollar və ya 25,49% azdır. Nəticədə, 2015-ci il ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,23%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 9 406,32 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 3 3048,90 min dollar yaxud 26,25% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-ci ildə ixracı ölkənin ümumi ixracının 0,09%-nə bərabər olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























