İstanbul-Bakı aviareysi ləğv edildi

"Türk hava yolları” aviaşirkəti əlverişsiz hava şəraitinə görə, yanvar ayının 23-nə planlaşdırılmış iki İstanbul-Bakı reysini ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə cümə günü aviaşirkətin saytında məlumat yayılıb.
Birinci təyyarə yanvar ayının 23-də İstanbuldan yerli vaxt ilə saat 08:15-də Atatürk aeroportundan, ikinci isə Sabiha Gökçen aeroportundan yerli vaxt ilə saat 22:55-də havaya qalxmalı idi.
Qeyd edək ki, "Türk hava yolları” aviaşirkəti son günlər ərzində əlverişsiz hava şəraitinə görə onlarla beynəlxalq və daxili reysi ləğv edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























