Nazir yeni büdcə layihəsindən danışdı - VİDEO

Maliyyə naziri Samir Şərifov gəlirlərin 16.5 milyard manat olacağını açıqladı.
2016-ci ilin büdcəsinə yenidən baxılması üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq.
ANS TV-nin məlumatına görə, ötən ilin dekabr ayında manatın yenidən dəyərdən düşməsi, neftin qiymətində müşahidə olunan enmələr, büdcə xərclərində dəyişiklikləri qaçılmaz edib. Neftin baza qiymətinin 25 dollardan hesablanması təklif olunur.
İlk diqqət yetiriləcək məsələ, ölkənin xarici valyutada ifadə olunan öhdəlikləri və borcları ilə bağlı olacaq. İkincisi isə infilyasiyanın təsirini azaltmaq üçün sosial sahədə ediləcək dəyişikliklərlə bağlıdır. Bura əmək haqqlarının, pensiya və müavinətlərin artırılması isitqamətində büdcədən ediləcək xərclər daxildir.
Mailyyə naziri Samir Şərifov isə bildirib ki, bütün bu artımların edilməsi üçün ilk növbədə dövlət büdcəsində vəsait olmalıdır:
"Təsdiq olunmuş büdcədə bu vəsait nəzərdə tutulmayıb. Bu artımların maliyyə təminatının yaradılmasına yenidən baxılacaq. Çünki bu büdcədə öz əksini tapmalıdır. Bu məqsədlə 1 milyard vəsaitin dövlət büdcəsində yer almasını nəzərdə tuturuq”.
Maliyyə naziri büdcəyə yenidən baxılmasının digər səbəbini gəlirlərin azalması ilə əlaqələndirir. Bunun üçün Neft Fondunun, Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin gəlirlərinə yenidən baxılacaq.
Nazirlik tərəfindən yeni təqdim olunacaq büdcə layihəsində dövlət büdcəsinin gəlirlərinin 1.9 milyard, xərclərinin isə 2 milyarda yaxın artacağı proqnozlaşdırılır. Hazırda büdcə gəlirləri 14.5 milyarddırsa, yeni təsdiq olunacaq büdcə layihəsində bu 16.4 milyard səviyyəsində olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























