• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti 50 dollar olacaq

Neftin qiyməti 50 dollar olacaq
24.01.2016 10:30
Mərkəzi ofisi Londonda yerləşən "Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

ANS PRESS-in məlumatına görə, P.Andurandın fikrincə ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq.

P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də "Layt” markalı neftin bir barreli 26,19 dollaradək ucuzlaşmışdı.

Bundan əvvəl isə dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs” neftin qiymətinin 20 dollaradək ucuzlaşcağı ilə bağlı proqnoz vermişdi.

"Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”, deyə "Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie bildirib.

"IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç isə deyib: "Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

Son günlər dünyanın aparıcı investisiya bankları, analitiklər neftin dünya bazarındakı qiymətləri ilə bağlı bədbin proqnozlar verirlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Hazırda dünya birjalarında "Brent” markalı neftin qiyməti 32.18 dollar, "Texas” (WTI) markalı neftin qiyməti qiyməti 32.21 dollardır.

"AzəriLayt” markalı neftin bir barreli 2,59 dollar bahalaşaraq 33,06 dollara satılır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol