• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan "Formula 1" üçün 150 milyon ödəyəcək

Azərbaycan "Formula 1" üçün 150 milyon ödəyəcək
24.01.2016 11:00
Azərbaycanın "Formula 1” yarışlarının keçirmək üçün ödəyəcəyi məbləğ açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. Bu barədə "Autoweek" saytı məlumat yayıb. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Pri-yə görədir.

Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Pri-yə görə həmin ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, "Formula 1" rəhbəri İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.

Gənclər və idman naziri Azad Rəhimov da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi.

Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir.

Bir müddət əvvəl "Reuters" agentliyi Avropa öləkəlrinin bu yarışlara digər ölkələrdən fərqli olaraq bu yarışların keçirilməsinə daha az məbləğ xərclədiyini yazıb. Agentliyinin məlumatına görə Bəhreynvə Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr hər il bu yarışlara 40 milyon dollardan çox pul ödəyirlər.

Azərbaycanın 2016-cı ildə "Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə ötən il iyul ayında imzalanıb. "F-1"lə bağlı çıxış edən gəcnlər və idman naziri Azad Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq BakınınAzadlıq meydanının seçiləcəyini, yarışların isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.

Ötən ilin iyul ayının 11-də isə Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında "Formula 1” yarışlarınınn 2016-cı il üzrə cədvəli təsdiq edilib.

Yarışlar Bakıda 17-19 iyun tarixləri arasında baş tutacaq.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol