• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox sığorta haqqı toplayanlar şirkətlər - SİYAHI

Ən çox sığorta haqqı toplayanlar şirkətlər - SİYAHI
25.01.2016 15:43
Sığorta şirkətlərindən 19-da yığım azalıb, 8-də artıb

ANN.Az xəbər verir ki, sığorta bazarının 2015-ci il hesabatına əsasən, ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri "Paşa Sığorta” şirkəti tutub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış "Paşa Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, "Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi "Azərsığorta” (41,4 milyon manat) və "Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə "Başak İnam” (1 milyon manat) "Amrah Sığorta” (886 min manat), "Azərqarant” (300 min manat), "Qala Sığorta” (80 min manat) və "Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş "Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox,  1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə "PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat. Sonrakı yerləri tutmuş "Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, "Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi "PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və "Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə "Era-Trans” (183 min manat), "Günay Sığorta” (97 min manat), "Qala Sığorta” (53 min manat) və "Azərqarant” (3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 6-da 10 milyon manatdan çox, 4-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol