• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır

Bakcell şirkəti ƏlfəCIN layihəsinin uğur göstəricilərini paylaşır
26.01.2016 11:13
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ƏlfəCIN adlanan intellektual layihəsinin ilk ilinə yekun vurub.

ƏlfəCIN layihəsinin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına ictimai və biznes sektorunun töhfəsini təmin etmək idi.

ƏlfəCIN layihəsi çərçivəsində son bir il ərzində Bakcell və Xəzər İntellektual Gənclər Klubu yeniyetmə və gənclər üçün intellektual oyunlar üzrə bir çox turnirlər təşkil ediblər. Onlar arasında hər il ənənəvi olaraq təşkil olunan Ağıl Oyunları Festivalı, Azərbaycan Kuboku, Azərbaycan Superkuboku, İntellekt Marafonu Festivalı və digər yarışları qeyd etmək olar.

Bu layihədən Azərbaycanın 18 regionu daxil olmaqla ümumilikdə 12.000-ə yaxın yeniyetmə və gənc faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox turnir təşkil olunub. ƏlfəCIN layihəsi biznes, dövlət və ictimai sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol