• $
  • €
  • ₽
  • ₺
  • £

"FES-in uçot dərəcəsini artırması ehtimalı xeyli azalıb"

"FES-in uçot dərəcəsini artırması ehtimalı xeyli azalıb"
26.01.2016 15:36
ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2016-cı ildə uçot dərəcəsini artırması ehtimalı qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz şərait səbəbindən getdikcə zəifləyir. 

"Report" xəbər verir ki, FES-in 11 illik fasilədən sonra 2015-ci ilin dekabr ayında ilk dəfə uçot dərəcəsini 0,25 bənd artırmasından sonra bu il daha 4 dəfə artırma qərarı verməsi proqnozlaşdırılırdı. Lakin dekabr artımından sadəcə 1 ay müddət keçməsinə baxmayaraq, verilən proqnozlar öz aktuallığını itirməyə başlayıb. Belə ki, son 1 ayda, xüsusilə də yanvar ayının əvvəlindən etibarən dünya fond birjalarında indekslər və neftin qiyməti kəskin azalıb, bir çox ölkələrin milli valyutalarının devalvasiyası sürətlənib. Son 20 gün ərzində ABŞ-ın əsas birja indeksləri Dow-Jones 8,7% azalaraq 15 886 bəndə, Almaniyanın DAX indeksi 9,4% azalaraq 8 736 bəndə, Yaponiyanın Nikkey indeksi 11% azalaraq 16 708 bəndə, Çinin Şanxay indeksi 22,2% azalaraq 2 749 bəndə, Rusiyanın RTS indeksi isə 12,7% azalaraq 659 bəndə enib.

"Report" xəbər verir ki, FES növbəti iclası yanvarın 26-27-də keçirir və sabah FES sədri Canet Yellenin açıqlamaları gözlənilir. Açıqlamada sədrin FES-in növbəti faiz artırması barədə qərarla bağlı fikirləri yer alacaq. İqtisadçılar və analitiklərin gözləntilərini əks etdirən ABŞ-ın  bir günlük svop faizləri və FES fondlarının faiz səviyyəsi bu il ərzində heç bir faiz artımının olmayacağını göstərir. Yuanın devalvasiyası və neft qiymətlərindəki azalma səbəbindən qlobal maliyyə bazarlarında baş verən neqativ tendensiya ABŞ-ın monetar siyasətini sərtləşdirməyəcəyindən xəbər verir.

"Report"un analitik qrupu hesab edir ki, FES-in sabahkı açıqlamalarından asılı olmayaraq, qlobal bazarlar neqativ tendensiyanı bir müddət qoruyacaq. Və yalnız qlobal bazarlar müsbət tendensiyaya keçəndən sonra FES uçot dərəcəsini artıra bilər: "Hazırkı qiymətlərlə isə bu mümkün deyil. Məhz bu səbəbdən dünya fond birjalarında azalma qaçılmazdır. FES tam əksinə uçot dərəcəsini artırmaq barədə fikirlər səsləndirərsə, bu zaman, fond birjalarından ABŞ istiqrazlarına qaçış sürətlənəcək, bu da növbəti satış dalğasının başlanmasına səbəb olacaq. Yəni, sabahkı açıqlamalar qlobal bazarlar tərəfindən neqativ qəbul ediləcək. İnvestorların tədricən ABŞ-dan kənarda olan maliyyə alətlərindən imtina edərək FES-in uçot dərəcəsini artırmasını gözləyəcək".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol