• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər naziri qanunsuzluqla üzləşən sahibkarlara müraciət etdi

Vergilər naziri qanunsuzluqla üzləşən sahibkarlara müraciət etdi
26.01.2016 15:40
Vergilər naziri Fazil Məmmədov vergi sahəsində  qanunsuzluqlarla üzləşən sahibkarları Vergilər Nazirliyinə, Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırıb.
 
APA-nın məlumatına görə, bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada çıxış edən nazir deyib ki, Vergi Məcəlləsinin 60-cı maddəsi mübahisəli hallarda sahibkarların lehinə qərar çıxarılmasını özündə ehtiva edir. "Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz", - deyə F. Məmmədov bildirib.
 
Nazir 2015-ci ildə sahibkarların 907 milyon manatlıq verginin qanunsuz alınması iddiası ilə bağlı məhkəmələrə müraciət etdiyini xatırladıb: "Bu iddialar üzrə 97% vəsaitin ya tam, ya da qismən qanuni vergi olması barədə qərar verilib, yalnız 3% vəsaitlə bağlı fərqli qərar çıxarılıb. Mən bir daha əlavə, qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş edirəm ki, Vergilər Nazirliyinin Apelyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol