• $
  • €
  • ₽
  • ₺
  • £

​AZAL yeni istiqamətdə uçuşlara başlayır

​AZAL yeni istiqamətdə uçuşlara başlayır
26.01.2016 17:13
"Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı elan edib. 

AZAL-dan "Report”a verilən xəbərə əsasən, eyni zamanda aviaşirkət bu il Alanya (yeni istiqamət üzrə - Qazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.

Bakı-Bodrum-Bakı reysləri iyunun 17-dən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq. Bakı-İzmir-Bakı reysləri iyunun 15-dən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri olacaq. Bu marşrut üzrə də aviabiletin qiyməti 149 avrodan başlayır.

Bununla belə, Bakı-Dalaman-Bakı reysləri iyulun 1-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti 149 avro təşkil edəcək.
Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.

Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) həyata keçirilən reysin aviabilet qiyməti 139 avrodan başlayacaq. Uçuşlar "biznes" və "ekonom" sinifli "Airbus A319/A320" və "Boeing 757 "laynerləri ilə həyata keçiriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol