• $
  • €
  • ₽
  • ₺
  • £

«Əmanətçilərə qarşı ayrı-seçkilik edilir» - EKSPERT

«Əmanətçilərə qarşı ayrı-seçkilik edilir» - EKSPERT
27.01.2016 22:39
Azərbaycanda bankların bağlanması ilə bağlı qəbul edilən qərarlar bu bankların əmanətçilərinə böyük zərbə vurmaqla yanaşı, həm də onların hüquqlarının pozulmasına səbəb olacaq.
 
Fins.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə,devalvasiyadan sonra manatın kəskin ucuclaşması nəinki manatla, hətta dollarla yatarılan əmanətlərin qorunan hissəsinin kəskin azalmasına səbəb olub:

«Mərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neş bankın bağlanması gözlənilir. Mərkəzi Bankın belə tələsik addımının səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir və ona görə belə tələsik addımlar atılır. Yerdə qalan problemli bankların taleyini konsolidasiya yolu ilə həll edəcəklər.

Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəkilndəki addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azaldacaq. Bu barədə növbəti açıqlamarda münasibət bildirəcəyik. Ancaq indi əsas diqqəti əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var. Məsələn. NBCbank. 1 dekabr tarixinə 95 milyon manatlıq depozitə malikdir ki, bunun da 68 milyon manatı əhalinin payına düşür. Bu əmanətlərin heç də hamısı qorunmur. Ətrafımda olan xeyli insan tanıyıram ki onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq.

Sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətşilərinə vurdu. Qanunvericiliyə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəlidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə, əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı, manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlrini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib.

Düşünürəm ki, hökumət "Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların manətlərinə də şamil etməlidir».
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol