• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana kredit ayırır

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana kredit ayırır
28.01.2016 09:23
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) nümayəndələri milli valyutanın devalvasiyası və neftin qiymətinin düşməsi ilə əlaqədar 4 milyard dollar məbləğində mümkün təcili borc paketinin müzakirə edilməsi üçün Azərbaycana rəsmi səfərə gələcəklər.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Qeyd olunur ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq.

BVF nümayəndəsinin sözlərinə görə, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə 28 yanvar - 4 fevral tarixlərində Bakıda səfərdə olacaq. Səfər zamanı "texniki yardım" və "mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi" müzakirə olunacaq.

Nəşrin mənbəsi əlavə edib ki, söhbət təqribən 4 milyard dollar məbləğində kreditin ayrılmasından gedir. Dünya Bankı nümayəndəsi bildirib ki, Azərbaycan hökuməti ilə, həmçinin "milli valyutaya təzyiqlər və neftin qiymətinin aşağı olması ilə bağlı" təxirəsalınmaz və uzunmüddətli tədbirləri müzakirə edəcəklər.

Nəşrin məlumatına görə, danışıqlar hələ ki, ilkin mərhələdədir, ola bilsin ki, Azərbaycan hökumətinə BVF-nin dəstəyi gərək olmasın.

Nəşr əlavə edir ki, digər maliyyə institutları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankının nümayəndələri də növbəti bir neçə gün ərzində Bakıda səfərdə olacaqlar.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol