• $
  • €
  • ₽
  • ₺
  • £

​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salındı

​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salındı
28.01.2016 11:32
İstanbul şəhərinin Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən meteoroloji vəziyyət və intensiv qar yağması bu gün ümumilikdə 38 xarici reysin təxirə salınmasına səbəb olub.

"Azərbaycan Hava Yolları” QSC-dən "Report”a bildirilib ki, şirkət Bakıda İstanbula olan bir reysini təxirə salıb: "Bu günə "B767” tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reys təxirə salınıb. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi. Digər reyslərimizin təxirə salınması üçün cədvəldə dəyişiklik və ya təxirəsalma edilməyib”.

AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletlərin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.

"Türk Hava Yolları” (THY) aviaşirkətinin isə bu gün saat 08:15 və 14:35-də yerinə yetirilməli olan İstanbul-Bakı-İstanbul reysləri təxirə salınıb.

THY-nin Bakı ofisindən "Report”a verilən məlumata görə, yanvarın 28-də TK0332 və TK0333 reyslərinin təxirə salınmasına səbəb İstanbulda intensiv qar yağmasıdır: "Gözlənilən meteoroloji vəziyyət və intensiv qar səbəbindən Atatürk və Sabiha Gökçen hava limanlarında bugünkü reyslərin bir çoxu ləğv edilib. İstanbuldan Bakıya "B737" tipli təyyarə ilə saat 08:15-də nəzərdə tutulan aviareys Bakıya 13:05-də, 14:35-də Bakıdan uçmalı olan isə saat 15:50-də İstanbula çatmalı idi. Lakin hava şəraiti ilə əlaqədar bu reyslər təxirə salınıb”.
Şirkətdən bildirilib ki, sözügedən reyslərə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və biletləri digər reyslərlə əvəz edilib.

Bu marşrut üzrə şirkət həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Sözügedən istiqamətə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.

Qeyd edək ki, pis hava şəraiti ilə əlaqədar olaraq Türkiyədə artıq bir neçə gündür aviareyslər təxirə salınır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol