• $
  • €
  • ₽
  • ₺
  • £

“Dövlət özəl bankla müştəri arasında münasibətlərə nəyə görə müdaxilə etməlidir?"

“Dövlət özəl bankla müştəri arasında münasibətlərə nəyə görə müdaxilə etməlidir?"
28.01.2016 19:34
Azərbaycanda dollarda krediti olan borcalanlara güzəştlərin edilməsi ilə bağlı təkliflər əsaslandırılma görmürük. Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik?
 
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
 
"Birincisi, nəyə görə, kiməsə güzəşt edilməlidir? Əgər bir qrup borc alana güzəşt ediləcəksə, sonradan başqa bir qrup borcalan peyda olacaq və deyəcək ki, bəs bizə niyə güzəşt etmirsiniz? Biz onlara nə cavab verəcəyik? İkincisi, bizdə olan məlumata görə, bəzi borcalanlar gözləmə mövqeyindədirlər. Onlar hesab edirlər ki, kimsə onlara kompensasiya verəcək. Ona görə də onlar borclarını ödəmirlər. Yaxud borclarına xidmət göstərmirlər. Hər bir adam borc  alanda saf-çürük etməlidir. Bu pulu niyə götürür, hansı valyutada götürür, bu pulu qaytara biləcəkmi? Bank xeyriyyə cəmiyyəti deyil. Bankın iki funksiyası var. Bank bir tərəfdən kredit verirsə, digər tərəfdən əhalidən depozit alır. Yəqin ki, siz əmanətləri geri almayanda, ya əmanətlər üzrə faizləri almayanda narahat olacaqsız. Nəyə görə? Onlar borclarını yerinə yetirməsə, siz də əmanətlər üzrə gəlirlərinizi almayacaqsınız. Bankın funksiyası bundan ibarətdir. Ona görə də bu çox çətin bir seçimdir. Dördüncüsü, qabaq məbləğ olaraq 10 mindən söhbət gedirdi. 10 min dollar üzrə kompensasiya məbləği 5 min manat idi. 5 min dollar üzrə isə 2500 manat idi. O qədər də az vəsait deyil. 250 milyondur, nə qədərdir deyə bilmərəm? Amma az vəsait deyil”.
 
S.Şərifov bildirib ki, ölkədə ünvanlı sosial yardıma ehtiyacı olan aztəminatlı insanlar var. Onun sözlərinə görə, dövlət ilk növbədə onlara yardım göstərməlidir. S.Şərifov əlavə edib ki, dövlət özəl banklarla onların müştəriləri arasında olan münasibətlərə müdaxilə etməməlidir: "Bu adamlar hansı ki, 10 min dollar kredit alıb. Yəqin ki, ehtiyacı olan təbəqə deyil. Ona görə bu məsələdə də sosial ədalət prinsiplərini qorumalıyıq. Kompensasiyaların verilməsi sahəsində mətbuatda fikir mübadiləsi gedir. Mətbuatda Ukraynada aparılan kompensasiya təşəbbüslərini misal gətirirlər. Sadəcə xatırlatmaq istəyirəm  ki, keçmiş sovetlər ittifaqına üzv ölkələrdə Sovet Əmanət Bankında qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı qanunlar qəbul edildi. Amma bir çox ölkədə,Ş o cümlədən Ukraynada bu qanunlar icra olunmadı. Amma Azərbaycan dövləti prezident fərmanına əsasən, sosial ədalət prinsipini əsas tutaraq Sovet Əmanət Bankının borcu olan 600 milyon manat məbləğində əmanəti əhaliyə qaytardı. Bugünkü təkliflərdə isə əsaslandırma görmürük. Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik? Bunu bizə başa salmalıdırlar və ya nəyə görə dövlət özəl bankla müştəri arasında münasibətlərə müdaxilə etməlidir? Bu münasibətlər başlayanda banklar müştərilərinə istehlak kreditini bir çox halda çox yüksək faizlə, 30-35%-lə təklif edirdi. O zaman nədənsə dövləti axtaran yox idi. Soruşan yox idi ki, bəs kreditlər bu faizlə nəyə görə verilir?”
 
Maliyyə naziri qeyd edib ki, banklar yüksək faizlə kreditlər hesabına yüksək gəlir əldə edib. Onun fikrincə, bu vəziyyətdən çıxış yolunu banklar müəyyənləşdirməlidir: "Banklar yüksək gəlir əldə edib. Gəlirlər hesabına da müştəriləri ilə necə deyərlər razılığa gəlsinlər.  Gəlirlərindən bir qismindən, faizlərindən keçsinlər. Yaxud kreditlərin müddətini uzatsınlar. Bunun müxtəlif yolları var. Müəyyən normativlər var ki, banklar onları pozmamalıdır. Yəqin ki, Mərkəzi Bank da bunu nəzərə alıb banklara müvafiq güzəştlər edə bilər. Mənim yanaşmam bundan ibarətdir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol