• $
  • €
  • ₽
  • ₺
  • £

Lisenziyası ləğv edilmiş “Gəncəbank” barədə - AÇIQLAMA

Lisenziyası ləğv edilmiş “Gəncəbank” barədə - AÇIQLAMA
29.01.2016 09:33
Əmanətlərin Sığortalanması Fondu (ADİF) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli 16-00022-2016 nömrəli məktuba istinad edərək bildirir ki, "Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.
 
Bu barədə ADİF-dən Oxu.Az-a bildirilib.
 
"Bununla da "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və "Gəncəbank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir. Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi "Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günüərzində "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək”, - deyə Fondan qeyd edilib. Fond məlumat üçün bildirib ki, "Gəncəbank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək. Qeyd edək ki, dünən Fondun icraçı direktoru Azad Cavadov jurnalistlərə açıqlamasında bildirmişdi ki, lisenziyası geri çağırılan digər 5 bankda sığorta hadisəsinin baş verməsi ilə bağlı hələlik fonda məktub daxil olmayıb. Xatırladaq ki, ilin əvvəlindən Azərbaycanda 6 bank- "Qafqaz İnkişaf Bankı”, "Atrabank”, "Gəncəbank”, "Bank of Azerbaija”, "United Credit Bank” və "NBC Bank”ın lisenziyası ləğv edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol