• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” məhdud fiziki imkanlı insanların məşğulluq probleminin həllinə yönəldilmiş layihəyə dəstək oldu

“Nar” məhdud fiziki imkanlı insanların məşğulluq probleminin həllinə yönəldilmiş layihəyə dəstək oldu
29.01.2016 17:53
"Nar” məhdud fiziki imkanlı insanlar üçün məsafədən, ştatdankənar (Freelancing) iş servisinin yaradılmasına dəstək verməklə daha bir əhəmiyyətli sosial layihəyə start verdi. 

Əlillər üçün sərbəst iş imkanları xidmətini təmin edən DisabledFreelance.com internet saytı onların işlə təmin olunması probleminin həlli baxımından əhəmiyyətli addım sayılacaq bir layihədir.

Əlillərin işsizlik probleminin həllinə yönəldilmiş layihənin iş prinsipi fiziki aktivlik tələb edən işlərdə çalışmaq imkanından məhrum olmuş əlillərin öz mənzillərini tərk etmədən DisabledFreelance.com servisi vasitəsilə məsafədən "sərbəst işçi” (Freelancer) qismində çalışa bilmələrindən ibarətdir. Sərbəst iş xidmətində calışan əlillər həm fərdi şəxslərin, həm də ən müxtəlif kommersiya strukturlarının və təşkilatların sifarişlərini yerinə yetirə bilərlər. Layihə sayəsində minlərlə əlilin işlə təmin edilməsinə dəstək olaraq onların sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq mümkündür.

Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan "Nar” bu beynəlxalq layihəyə dəstək verməklə daha bir xeyriyyə təşəbbüsü ilə çıxış etdi. DisabledFreelance.com layihəsinin tərəfdaşı olan "Nar” artıq bir neçə ildir ki, bənzər layihələri dəstəkləməklə əlillərin, fiziki imkanları məhdud olan vətəndaşların işlə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bundan öncə fiziki imkanları məhdud insanlar üçün xüsusi olaraq hazırlanmış kompüterdən istifadə video-kurslarını təqdim edən mobil operator nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atmışdı.

"Nar” korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı www.nar.az saytından öyrənə bilərsiniz.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol