• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondu daşınmaz əmlak fondlarına pul qoymağa başladı

Neft Fondu daşınmaz əmlak fondlarına pul qoymağa başladı
29.01.2016 23:30
Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlak fondlarına investisiyalara başlayıb.
 
Bu barədə Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib: "ARDNF-in daşınmaz əmlak üzrə investisiya strategiyasının ilkin mərhələsini məhz birbaşa yatırımlar təşkil etməli idi ki, Fond da bu mərhələnin icrasını uğurla davam etdirir və bu yatırımlardan həm stabil olaraq əldə edilən pul axınları, həm də müsbət qiymət fərqi ümumi investisiya portfelinin gəlirliliyinə önəmli töhfə verir. Eyni zamanda, Fondun birbaşa daşınmaz əmlak yatırımlarında yüksək diversifikasiyanın təmin olunması istiqamətində də uğurları göz qabağındadır və artıq adıçəkilən maliyyə alətinin ən önəmli bazarlarının əksəriyyətində ARDNF təmsil olunmaqdadır".
 
Qeyd olunub ki, ARDNF-in daşınmaz əmlakla bağlı investisiyalarında məqsəd aşağı və ya orta riskli əmlaka investisiya etməklə portfelin diversifikasiyasına nail olmaqdır: "Neft Fondu hələ bu yatırımlara başlamazdan öncə onun son hədəfi bu maliyyə alətində bir çox istiqamətləri özündə əks etdirən geniş şaxəli portfelin qurulması olub. Fond bu istiqamətdə birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyalara da başlayıb. Bu yatırımlar ARDNF üçün həm coğrafi olaraq, həm daşınmaz əmlakın inşaat durumu olaraq (hazır və ya tikilməkdə olan), həm əmlakdan istifadə təyinatı olaraq (ofis, ticarət logistika və s.) geniş imkanlar yaratmaqla yanaşı, gəlirliliyin daha da artırılmasında önəmli vasitə olacaq”. ARDNF-in 2016-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə əsasən, Fondun investisiya portfelində daşınmaz əmlaka investisiyaların payı 5%-dən 10%-ə qaldırılıb
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol